» » İki ermənini məğlub edən idmançımız çempion oldu

İki ermənini məğlub edən idmançımız çempion oldu

Bölmə: Idman
İki ermənini məğlub edən idmançımız çempion oldu
Gürcüstanda keçirilən Kyokuşin karate üzrə Açıq Qafqaz çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib.

Xalqinfo.az-ın məlumatına görə, yarışda 11 idmançı ilə iştirak edən milli komandamız 7 nəticə göstərərək vətənə dönüblər.

Çempionatda 75 kq çəkidə bütün rəqiblərini məğlub edən Eltac Hümbətov, xüsusilə iki erməni rəqibi üzərində təmiz qələbə qazanaraq çempion olub. Digər idmançılar Valeh Cəfərov ikinci, Niyaməddin Əliyev, Nail Quliyev, Rüfət Babayev, Etbar Ağalaroğlu və Solmaz Zeynallı üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, Eltac Hümbətov gənc yaşlarından Azərbaycan Respublikasının idman ustası adına layiq görülüb. Dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi, Avropa çempionu və bir neçə dəfə avropa mükafatçısı olmuşdur. Son qələbəsi ilə kişilər arasında ikiqat Qafqaz çempionlugu tituluna da yiyələnib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler