» » “Qəbələ” 559 gün sonra...

“Qəbələ” 559 gün sonra...

Bölmə: Idman
“Qəbələ” 559 gün sonra...
“Qəbələ”nin öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

“Xalqinfo” xəbər verir ki, “qırmızı-qaralar” Topaz Premyer Liqasının VII turunun “Kəpəz”lə ev matçında 0:2 hesabı ilə uduzub.

Əyalət klubu bunadək son 21 çempionat oyununda qonaqlara yenilməmişdi. “Qəbələ” “Kəpəz”ə qədər sonuncu ev məğlubiyyətini 2016-cı il martın 19-da “Qarabağ”dan alıb. 1:2 hesablı məğlubiyyətdən 559 gün sonra uduzan Roman Qriqorçukun yetirmələri 2015/16 mövsümünün son 4, cari mövsümün isə ilk ev oyununda xalsız qalmayıb. 2016/17 mövsümündə isə heç bir komanda Qəbələdən qalib dönməyib. Bu 21 matçda 15 qələbə qazanan “qırmızı-qaralar” 6 heç-heçə edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler