» » Rüstəm Orucov qızıl medal qazandı

Rüstəm Orucov qızıl medal qazandı

Bölmə: Idman
Rüstəm Orucov qızıl medal qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışının qalibi olub.

“Xalqinfo” xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.

Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler