» » Lider "Qarabağ" oldu

Lider "Qarabağ" oldu

Bölmə: Idman
Lider "Qarabağ" oldu
Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub.

ans press-in məmatına görə, bu gün IX turun son iki oyunu baş tutub.

Turun son matçında "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Oyuna yaxşı başlayan "Qarabağ" ilk yarıda 3 qol vurub. Yeni transfer İnnosent Emeqara 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 10 dəqiqə sonra dublunu rəsmiləşdirib. 33-cü dəqiqədə Cavid Tağıyev "Xəzər Lənkəran"ın qapısına yol tapıb. İkinci yarıda özünə gələn qonaqlar 54-cü dəqiqədə Qalin İvanovla fərqi azaldıb. 2 dəqiqə sonra Rauf Əliyev hesabı minimuma endirsə də, "Xəzər Lənkəran"ın bundan artığına gücü çatmayıb. Nəticədə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.

Bununla da turnir cədvəlinin lideri dəyişib. Son çempion "Qarabağ" xal hesabını 17-yə yüksələdərək liderliyi ələ keçirib. "İnter" 16 xalla 2-ci, "Neftçi" 14 xalla 4-cü, "Xəzər Lənkəran" 11 xalla 7-ci pillədə qərarlaşıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler