» » İlham Əliyevə qızıl medal verildi

İlham Əliyevə qızıl medal verildi

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
İlham Əliyevə qızıl medal verildi
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.

Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

Daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.

Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib.

Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler