» » Avro-2017-də ilk yarımfinalçılar məlumdur

Avro-2017-də ilk yarımfinalçılar məlumdur

Bölmə: Idman
Avro-2017-də ilk yarımfinalçılar məlumdur
Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün ¼ final oyunlarına start verilib.

"Xalqinfo” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən hər iki oyunun taleyi 3 setdə müəyyənləşib.

Əvvəlcə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Hollandiya gözlənilənlərin əksinə olaraq rəqibini asanlıqla məğlub edib. Hollandiyanın yarımfinaldakı rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq.

Digər görüşdə isə çempionatın favoritlərindən biri olan Serbiya Belarusu məğlub edib. Serbiya yarımfinalda Rusiya – Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

¼ finalın digər iki oyunu 29 sentyabrda keçiriləcək.

İtaliya – Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)

Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler