» » UEFA Bağırzadəni Zabit Səmədovla əvəzlədi

UEFA Bağırzadəni Zabit Səmədovla əvəzlədi

Bölmə: Idman
UEFA Bağırzadəni Zabit Səmədovla əvəzlədi
UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.

“Xalqinfo” xəbər verir ki, qitə futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxardıqdan sonra onun yerinə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.

Məlum olduğu kimi, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarmış, ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.

Artıq yazıda “Qarabağ”la bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabitin adı göstərilib: “Zabit Səmədov “Qarabağ”ın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün İnstagram səhifəsində “Qarabağ”ı dəstəkləyən mesajlar paylaşır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler