» » Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib

Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib
Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib.

“Xalqinfo” xəbər verir ki, yarış Azərbaycan və Gürcüstanda təşkil olunacaq.

Millimiz oyunlarını Bakıda keçirəcək.

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstanla qarşılaşacaq.

Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur

18:00. Macarıstan – Azərbaycan

Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)
Bakı. Milli Gimnastika Arenası

***

Matç başladı.

***

Matçın ilk dəqiqələrində üstün oynayan millimiz hesabda önə çıxmışdı. Lakin, sonrakı dəqiqələrdə təşəbbüsü ələ alan macarlar hesabı öz xeyirlərinə dəyişdi və bir ara hesabda 6 xal fərqlə önə keçdi. Buna baxmayaraq voleybolçularımız setin sonlarına yaxın ardıcıl xallarla yenidən önə keçməyi bacardı və əzmkar mübarizə nəticəsində ilk seti 25:23 öndə bitirdi.

***

İlk setin sonundan etibarən meydanda əsl gücünü ortaya qoyan millimiz, ikinci setdə üstünlüyünü daha da möhkəmlədib. Bu setdə başdan sona qədər üstün oynayan voleybolçularımız, hissəni 25:14 öndə bitirib.

***

Azərbaycan milli komandası üstünlüyünü matçın son setində də davam etdirib. Beləliklə, 3-sü seti 25:16 öndə bitirən komandamız, matçda da 3-0 hesablı qələbə qazanıb.

Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib
Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib
Millimiz Avro-2017-yə qələbə ilə başladı - Fotolar + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler