» » Avroliqanın final matçı Bakıda keçiriləcək - Yenilənib

Avroliqanın final matçı Bakıda keçiriləcək - Yenilənib

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Avroliqanın final matçı Bakıda keçiriləcək - Yenilənib
Bu gün 2018/2019 UEFA Çempionlar Liqasının və Avropa Liqasının finallarını təşkil edən şəhərlərin adları açıqlanacaq.

“Xalqinfo” xəbər verir ki, Azərbaycan paytaxtı Bakı da hər iki turnirin həlledici qarşılaşmasına namizədlər arasındadır.

Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionuna yalnız bir rəqib var. Bu, Madrid “Atletiko”sunun yeni stadionu “Vanda Metropolitano”dur.

Avropa Liqasında isə BOS iki stadionla mübarizə aparacaq. Bunlar Sevilyanın “Ramon Sançes Pisxuan” və İstanbulun “Vodafon Park” arenalarıdır.

Qeyd edək ki, UEFA-nın qərarı Bakı vaxtilə saat 19:30-da İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

***

İclasda 2019-cu il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi qərarlaşdırılıb.

Həmin il Çempionlar Liqasının finalı isə Madridin "Atletiko" klubunun “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Bundan başqa, BOS-un Avropa Liqasının finalı üçün mübarizə apardığı "Vodafon Park" stadionunda isə 2020-ci il UEFA Superkubok matçının keçirilməsinə qərar verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler