» » “Qarabağ” 310 milyon avroluq stadionda oynayacaq

“Qarabağ” 310 milyon avroluq stadionda oynayacaq

Bölmə: Idman
“Qarabağ” 310 milyon avroluq stadionda oynayacaq
İspaniyanın “Atletiko” kubunun bu mövsümdən etibarən ev oyunlarını keçirəcəyi “Vanda Metropolitano” stadionunun tikintisi üçün xərclənən məbləğ açıqlanıb.

“Xalqinfo” xəbər verir ki, arena ümumilikdə 310 milyon avroya başa gəlib. Bu məbləğin 170 milyon avrosunu klub ödəyəcək. Daha 140 milyon isə kompensasiya kimi keçmiş “Visente Kalderon” stadionunun yerləşdiyi torpaq sahəsinə görə veriləcək.

Qeyd edək ki, "Atletiko" 67 703 azarkeş tutumuna malik olan "Vanda Metropolitano" stadionunda ilk oyununu La Liqa çərçivəsində sentyabrın 16-da "Malaqa"ya qarşı keçirəcək.

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ", "Çelsi" və "Roma"nı da məhz bu stadionda qəbul edəcək. Azərbaycan çempionu sözügedən arenadakı matçını oktyabrın 31-də keçirəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler