» » Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu

Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu

Bölmə: Idman
Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi təyin olundu
“Neftçi” futbol klubuna yeni baş məşqçi təyin olunub.

Xalqinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Komandanı bir vaxtlar “Neftçi”də oynamış Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler