» » ““Çelsi” ilə oyunda şansımız var” -

““Çelsi” ilə oyunda şansımız var” - “Qarabağ”ın yeni transferi

Bölmə: Idman
““Çelsi” ilə oyunda şansımız var” -
Azərbaycan millisinin və "Qarabağ" ın hücumçusu Ramil Şeydayev sportdaily.ru saytına müsahibə verib.

"Xalqinfo" bu müsahibəni təqdim edir:

- DÇ-2018-in seçmə mərhələsində Azərbaycan Norveçə məğlub oldu, San-Marinoya qalib gəldi. Qrupdan çıxmaq şansınız yoxdur. Bu barədə nə düşünürsünüz?

- Norveçlə oyunda futbolumuz alınmadı. Yanlış oynadıq. Əlbəttə ki, San-Marino üzərindəki qələbə azarkeşlərimizi çox sevindirdi. Amma ümumi nəticələr qənaətbəxş deyil. Əvvəlcə hər şey yaxşı idi. Mən düşünürdüm ki, mübarizə aparacağıq. Birinci yer mümkün olmasa da, ikincilik üçün vuruşacağıq. Amma səhvlərimiz buna imkan vermədi.Artıq şansımız yoxdur. Qarşıdakı görüşləri maksimum xal qazanmaq üçün oynayacağıq.

- Milli komandada müntəzəm oynayırsınız. Bu sizin üçün nə deməkdir?

- Ən böyük üstünlük təcrübə qazanmağımdır. Daha əvvəl Almaniya kimi güclü komandalara qarşı oynamamışdım. İndi isə bu mənə kömək edir. Məsələn, daha sürətli oynamağa çalışıram. Ümid edirəm ki, gələcəkdə komandamıza daha çox kömək edəcəm.

- Bir il sonra AÇ-2020-nin seçmə mərhələsi başlayacaq. Hansı ki, final mərhələsi müxtəlif şəhərlərdə, eyni zamanda Bakı və Sankt-Peterburqda keçiriləcək.

- Əlbəttə. Biz sözsüz ki, final mərhələsinə getmək üçün çalışacağıq. Vətəndə oynamaq bizim üçün əlavə stimuldur.

- Sizin taleyinizdə çox gözlənilməz dönüşlər oldu. Artıq “Qarabağ”ın futbolçususunuz. Bu necə baş verdi?

- “Jilina”dan sonra mənə “Qarabağ”dan təklif gəldi. Razı oldum və icarə müqaviləsi əsasında Ağdam klubuna keçdim. “Trabzonspor”la da qarşılıqlı anlaşma əldə etdik və buna görə artıq Bakıdayam.

- “Jilina”da olduğunuz müddəti necə xatırlayırsınız?

- Ümumilikdə o qədər də pis deyildi. Demək olmaz ki, həyatımın yaxşı periodu idi. Amma qollar da vurmuşam, pis oynamamışam. Amma indi çətin ki, bir də Slovakiyaya gedəm.

- Niyə?

- Gündəlik həyat çətin idi. Futbola da zamanla adaptasiya olmuşdum.

- Elə bir şans var idi ki, “Trabzonspor”un əsas heyətində möhkəmlənəsiniz?

- Bəli, şans var idi. Mən yaxşı bilirəm ki, baş məşqçi mənə nə zaman güvənir, nə zaman yox. İndi elə məqam deyil ki, Türkiyəyə qayıdım. Mütəmadi oynamaq daha yaxşıdır, nəinki “Trabzonspor”un ehtiyat oyunçular skamyasında oturmaq.

- Niyə məhz “Qarabağ”?

- Hazırda mənim üçün bu yaxşı təklif idi. Klub da, Bakı da, komandanın Çempionlar Liqasında iştirakı da xoşuma gəldi. San-Marino ilə oyundan sonra komandaya qoşulacam.

- Klub rəhbərləyi ilə ünsiyyət qurmağa vaxtınız olub?

- Bəli, danışmışam. Baş məşqçi Qurban Qurbanovla da məşqdə görüşəcəyik.

- Növbəti həftə “Çelsi” ilə oyununuz var. Daxilən hazırsınız?

- Əlbəttə. Həftəsonu Azərbaycan çempionatı var (“Səbail”lə matç təxirə salınıb). Ondan sonra Londona gedəcəyik. - Çempionlar Liqasının debütantı

“Çelsi” kimi komanda ilə matçda nəyə arxayın ola bilər?

- Əlbəttə ki, azarkeşlərin çox deyir ki, bizim şansımız yoxdur. Amma futbolda hər şey mümkündür. Biz istəyirik sübut edək ki, İngiltərə çempionatının komandası ilə oynaya bilərik.

- Ümumiyyətlə, qrupu necə xarakterizə edirsiz?

- “Çelsi”, “Roma” və “Atletiko”nun təqdimata ehtiyacı yoxdur. Bizə çox çətin olacaq, amma çalışacağıq ki, özümüzü pis göstərməyək. Hər şey yaxşı olacaq.Ev oyunkarında “Qarabağ”ın çoxsaylı azarkeşi var. Siz təsəvvür edə bilməzsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşəndə Bakıda bayram idi. Bütün stadion dolacaq və motivasiyamız tam olacaq.

- Dəyişik mədəniyyət olan ölkələrə getdiniz. Bu sizə çətinlik yaratdı?

- Türkiyəyə öyrəşməkdə çətinlik çəkmədim. Bir ay adaptasiyaya bəs etdi. Bakı isə mənim üçün Sank-Peterburq kimidir. Özümü evdəki kimi hiss edirəm.

- Heç təsəvvür edirsiz ki, “Çelsi”, “Roma” və “Atletiko”ya qol vurmusunuz...

- Əlbəttə. Kim bunu düşünməz ki? Amma ən çox qalib olmaq istəyirik. Qol vurmağı da düşünürəm.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler