» » “Azərbaycana bağlılığım yoxdur” -

“Azərbaycana bağlılığım yoxdur” - Millimizin üzvü

Bölmə: Idman
“Azərbaycana bağlılığım yoxdur” -
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün evdə İrlandiya yığmasına 1:3 hesabı ilə məğlub olub.

Xalqinfo.az xəbər verir ki, oyundan sonra millimizin yarımmüdafiəçisi Ozancan Kökcü jurnalistlərin suallarını cavablandırıb:

- 1:3 hesabı ilə uduzduq. İstəməzdik belə olsun. Mübarizə aparsaq da, alınmadı. Zəif təsir bağışladıq. İstədiyimiz nəticəni əldə edə bilmədik.

- U-21 gələcək və edir?

- Yaxşı komadanmız var. Bu yunda şanslarımız çox olmadı. Mahir gözəl bir qola imza atdı. 100 faizli şans əldə etmədik. Gözəl nəticəyə ümid edirdik.

- Azərbaycan millisini seçdiyiniz üçün peşman deyilsiz?

- Azərbaycan daha öncə mənə müraciət etdi. Yaşar müəllim başda olmaqla hər kəs mənimlə yaxşı davranır. Peşman deyiləm.

- Ancaq bu gün ikinci hissədə meydana daxil oldunuz...

- İsraillə 90 dəqiqə oynamışdım. Məşqçimiz haqlı qərar verdi. Meydana daxil olanda əlimdən gələni etməyə çalışdım.

- Azərbaycanla bağlığınız nədir?

- Məni U-17 millisinə də dəvət etmək istəyirdilər. İsveçdə keçirilən turnirdə oyunumu azərbaycanlı skaut bəyənmişdi. Həmin vaxt mümkün olmamışdı. İndi isə Azərbaycan adına çıxış edirəm. Azərbaycana bağlılığım olmasa da, milli komandada çıxış etdiyim üçün qürurluyam.

- “Bursaspor”da işləriniz necə gedir?

- Azərbaycan və Türkiyə mətbuatında xəbərlər yayıldı ki, baş məşqçi məni sərəncamında görmək istəmir. Pol Le Quenin məni bəyənmədiyi xəbərləri tirajlanmışdı. Baş məşqçimlə də söhbət etdim. O, mənə dedi ki, komandanın ən gənc futbolçusu sənsən. Bildirdi ki, potensialın və gələcəyin var. Mənim icarəyə göndərilməyin əleyhinə olduğunu söylədi. Şansımın gələcəyini diqqətimə çatdırdı. Məşqlərdə əsas komanda ilə iştirak edirəm. Super Liqa oyunlarına da dəvət almışam. U-21 komandasında çıxış edirəm. Hazırda vəziyyət belədir. Gələcəkdə yaxşı olacağına ümid edirəm.

- "Bursaspor"da əsas heyət üzvü olan millimizin hücumçusu Dəniz Yılmazla münasibətiniz necədir?

- Yaxşı bir insandır. Münasibətimiz əladır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler