» » “Bakıya gəlməmişdən Riçard Almeyda ilə danışdım” -

“Bakıya gəlməmişdən Riçard Almeyda ilə danışdım” - Enriko

Bölmə: Idman
“Bakıya gəlməmişdən Riçard Almeyda ilə danışdım” -
“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib. Xalqinfo.az xəbər verir ki, yeni futbolçu keçidi və gələcək hədəfləri haqda klubun rəsmi saytına açıqlama verib.

O, bura gəlməmişdən əvvəl komandanın hədəfləri ilə maraqlandığını deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Kollektiv, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Paytaxtınız da olduqca gözəl şəhərdir. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.

“Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.

Komandamız Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler