» » “Koutinyo üçün 200 milyon avro istədilər” -

“Koutinyo üçün 200 milyon avro istədilər” - “Barselona”dan açıqlama

Bölmə: Idman
“Koutinyo üçün 200 milyon avro istədilər” -
“Liverpul”un futbolçusu Filipe Koutinyonun adı yay transfer pəncərəsində “Barselona” ilə hallansa da keçid baş tutmayıb.

“Xalqinfo” ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Albert Soler bu transferin baş tutmamasının səbəblərindən danışıb:

“Liverpul” Koutinyo üçün bizdən 200 milyon avro istədi. Əlbəttə, biz də bu transferi gerçəkləşdirmədik. Qarşı tərəf açıq-aşkar oyunçusunu satmaq istəmirdi. Futbol artıq klubların deyil, sponsorların oyunudur. Biz bu transfer üçün risk edə bilməzdik”.

Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler