» » DÇ: Cüdoçularımızdan daha iki medal

DÇ: Cüdoçularımızdan daha iki medal

Bölmə: Idman
DÇ: Cüdoçularımızdan daha iki medal
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb.

Xalqinfo.az xəbər verir ki, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.

Kişilər
100 kq


Bu çəkidə iki idmançımız mübarizə aparıb. Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə Kayl Reyeslə (Kanada) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/8-də Anton Savitskini (Ukrayna) məğlub edib. İdmançımız 1/4 finaldakı isə Kazbek Zankişiyevə (Rusiya) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.

Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq Otqonbaatar Lxaqvasureni (Monqolustan) yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finalda Aaron Volfa (Yaponiya) Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.

+100 kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə Rafael Silvaya (Braziliya )uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Qadınlar
+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib və qalib gəlib. Cüdoçumuz 1/8 finalda Santa Pakentyeni (Litva) məğlub edib. İrina növbəti mərhələdə Larisa Seriçə (Bosniya və Herseqovina) qalib gəlib. O, yarımfinalda Sonq Yudandan (Çin) zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə Tisse Savelkulsla (Hollandiya) qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler