» » “Qarabağ”dan 7-ci transfer -

“Qarabağ”dan 7-ci transfer - Tarik El Yunussi Ağdam klubunda

Bölmə: Idman
“Qarabağ”dan 7-ci transfer -
“Qarabağ” klubu yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.

"Xalqinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler