» » “Qarabağ”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi

Bölmə: Idman, MANŞET
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi
Bu il ölkəmizi “Qarabağ”ın əsas komandası ilə yanaşı 19 yaşlıları da Çempionlar Liqasında təmsil edəcək.

“Xalqinfo” xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi kollektivin ev oyunlarını harada keçirəcəyi bəlli olub.

“Atlılar” rəqiblərini əsas komandanın Premyer Liqada ev oyunlarını keçirdiyi stadionda- “Azərsun Arena”da qəbul edəcək. Bu haqda məlumatı Futbol11.az saytına açıqlamasında klubun mətbuat katibi Nurlan İbrahimov verib.

Qeyd edək ki, “Qarabağ”ın 19 yaşlıları da əsas komandada olduğu kimi “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler