» » Ramil Quliyev prezidenti ağlatdı - Video

Ramil Quliyev prezidenti ağlatdı - Video

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Ramil Quliyev prezidenti ağlatdı - Video
"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım klubun üzvü Ramil Quliyevin Londonda kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında qazandığı qızıl medaldan sonra göz yaşlarını saxlaya bilməyib.

Xalqinfo.az xarici mediaya istinadla xəbər verir ki, FBTV telekanalına müsahibə zamanı Yıldırımın səsi titrəyib və ağlayıb: “Övladlarımızın çempion olmasından çox qürur duyuram. İnanıram ki, digər idmançılarımız da qələbə qazanacaq”.

Ramil Quliyevin qələbəsindən sonra “Fənərbaxça” klubu açıqlama yayıb: “Dünya çempionatında ölkəmizi təmsil edən və birincilik qazanan Ramil Quliyevi təbrik edir, ona daha böyük uğurlar arzu edirik. Ramil Türkiyə ilə yanaşı Azərbaycanın da adını yüksəklərə qaldırdı. Bunun üçün Azərbaycan dövlətinə də təşəkkür edirik”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler