» » “Mançester”in səhvi:

“Mançester”in səhvi: “başı böyük” ulduz...

Bölmə: Idman
“Mançester”in səhvi:
UEFA Super Kubokunda “Mançester Yunayted” ilə qarşılaşan “Real Madrid”in qalibiyyətində rol oynayan ispan futbolçu İsko haqqında maraqlı fakt üzə çıxıb.

Xalqinfo.az xəbər verir ki, futbolçu hələ İspaniyanın “Malaqa” klubunda oynayarkən “Mançester Yunayted” klubu onu transfer etmək istəyib, lakin fikrindən daşınıb.

Transferin baş tutmama səbəbi isə olduqca qəribədir. Məlumata görə, İsko üçün “Mançester Yunayted”in hesabatında “Yaxşı futbolçudur, ancaq sürəti zəifdir. Başı da bədən ölçülərinə görə çox böyükdür” sözləri yazılıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu hazırda “Real Madrid” klubunda çıxış edir. O, UEFA Super Kubokunda “Mançester Yunayted”in qapısından ikinci topu keçirib. Görüş “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler