» » ““Qarabağ” Ukraynada ilk “3-lük” üçün oynayar” -

““Qarabağ” Ukraynada ilk “3-lük” üçün oynayar” - Anton Kanibolotski

Bölmə: Idman
““Qarabağ” Ukraynada ilk “3-lük” üçün oynayar” -
"Qarabağ"ın ukraynalı qapıçısı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib. "Xalqinfo" həmin müsahibəni təqdim edir:

- Azərbaycana getmək qərarının təəccüblü qarşılandı. Sizi buna nə vadar etdi?

- Bu çox sadədir. "Qarabağ" bütün variantlar içərisində ən yaxşısı idi. Onlar mənim xidmətlərimdə real maraq göstərdilər. Düşündüm ki, klubun rəhbərliyi, məşqçilər heyəti məni bu qədər istəyirsə, niyə də getməyim?

- Başqa klublarda oynamaq varinatınız var idi?

- Öncə onu deyim ki, Ukrayna klubları ilə heç maraqlanmadım. Çünki "Şaxtyor" kimi ölkə nəhəngindən başqa klublara getmək doğru variant deyil. Burdan yalnız Kiyev "Dinamo"suna keçmək olar. Başqa klublara getmək mənim üçün uyğun olmazdı.

- Düzünü deyin "Şaxtyor"da bu qədər vaxt keçirdiyinizə peşmansınız. Siz bu Donetsk klubuna gəlməsəydiniz, hər şey fərqli olardı.

- Xeyr, peşman deyiləm. Düşünmürəm ki, mənim yerimdə kimsə bu transferdən imtina edərdi. Hər bir oyunçunun əsas məqsədi təkmilləşmək və yeni yüksəkliklərə doğru hədəflənməkdir. "Şaxtyor"a dəvət də bir cür nailiyyət, uğur idi. Hansı ki, buna öz əməyimlə nail olmuşdum. Bu mənim oyunlarımın səviyyəsinin yaxşılaşmasının göstəricisi idi. Əgər səni ölkənin ən yaxşı klubu dəvət edirsə, bu şansdan necə istifadə etməmək olar? Axı "Şaxtyor"da gələcək inkişaf üçün hər şey superdir. Tale hər kəsə bu cür imkan vermir. Bunu əldən vermək səhv olardı.

- Andrey Pyatovu əsas heyətdən sıxışdırıb çıxara bilmədiniz. Oradan daha tez getməli deyildiniz...

- Mənim müqaviləm var idi və öz başıma hərəkət edə bilməzdim. Gözləməli idim. "Şaxtyor"da əla günlərim oldu. 3 dəfə ölkə çempionu olduq, 3 dəfə kubok qazandım, bir dəfə də Superkuboka yiyələndim. Hər futbolçu karyerasında belə uğurlar qazanmır.

- "Qarabağ"a keçidiniz haqqında nə deyə bilərsiniz?

- Həyatımda yeni mərhələdir. Dəyişikliyə ehtiyac var idi. Ukraynada qalamqda bir məna görmürdüm. Yeni nəsə öyrənməyə ehtiyac duydum. Bura gəlməyim təkcə futbol karyeram üçün deyil, hətta həyatım üçün də önəmli addımdır. Heç vaxt başqa ölkədə yaşamamışam.

- "Şaxtyor"dan "Qarabağ"a keçid geriyə atılmış addım deyil?

- Bu suala cavab vermək istəmirəm. Sizin doğru olub-olmadığınızı zaman göstərəcək.

- "Qarabağ"a uyğunlaşa bilmisiz?

- Əlbəttə. Burada məni isti qarşıladılar. Deyə bilərəm ki, "Qarabağ" ciddi və hədəfləri olan komandadır.

- Sizcə, "Qarabağ" Ukrayna çempionatında oynasaydı, hansı yerdə qərarlaşardı?

- "Şaxtyor"la ayaqlaşmaq çətin məsələdir. Amma "üçlük" uğrunda oynaya bilərdik. "Dinamo" və "Şaxtyor"u çıxsaq, "Qarabağ" digər Ukrayna klubları ilə oynaya bilər.

- Niyə Çempionlar Liqasında "Şerif"lə matçlarda qapıda İbrahim Şehiç dayanırdı?

- İbrahim 2013-cü ildən bu komandadadır. O, "Qarabağ"la çempionluqlar qazanıb, 3 dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb. Amma inanıram ki, öz şansımı qazanacam. Belə olmasaydı, kluba dəvət etməzdilər.

- "Qarabağ"ın hədəfi ÇL-in qrupuna düşməkdir?

- Mümkün qədər irəli getmək istəyirik. ÇL-in qrupuna düşmək hədəfimizdir. Bu hər bir futbolçu üçün arzudur.

- "Qarabağ" Belarusiya BATE-sinin və Qazaxıstan "Astana"sının uğurlarını təkrarlayıb bu il qrupa düşməklə sensasiyaya imza ata bilərmi?

- Buna çalışacağıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler