“Ən sevimli azarkeşlərim valideynlərimdir” - Millimizin üzvüBölmə: Idman
Azərbaycanın voleybol üzrə qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb. “Xalqinfo” həmin müsahibəni təqdim edir. - Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub? - Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim. - İnşallah, səni Avropa klublarında görərik... - İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı. - Ən sevimli azarkeşlərin kimlərdi? - Sözsüz ki, valideynlərim. - Ən sevdiyin oyunçu kimdi? - Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli. - Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub? - Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm. - Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz? - Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək. - Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır? - 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim. - Karyeranızı nə vaxt bitirəcəksiniz? - Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var. - 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm? - Həvəskar səviyyədə, əlbəttə ki. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|