» » “İdman Azərbaycan”dan 100 min manat tələb olunur

“İdman Azərbaycan”dan 100 min manat tələb olunur

Bölmə: Idman, MARAQLI
“İdman Azərbaycan”dan 100 min manat tələb olunur
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan “Şerif” – “Qarabağ” oyununu “İdman Azərbaycan” kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər.

Xalqinfo” xəbər verir ki, Moldovada matçı canlı göstərəcək televiziya Azərbaycan tərəfindən 100 min manat tələb edib.

Məlumatı saytımıza “İdman Azərbaycan”ın şərhçisi Siyavuş Əliyev də təsdiqləyib: “Hələ ki, yenilik yoxdur. İndiki halda oyunun canlı yayımlanması real görünmür”.

Məlumat üçün bildirək ki, canlı yayımla bağlı problem Moldova tərəfindən qaynaqlanır. "Qarabağ" isə hələ də qarşı tərəflə danışıqları davam etdirir.

Digər tərəfdən maraqlı məqam odur ki, Moldovada oyunu yayımlayacaq kanal matçı HD keyfiyyətdə təqdim edə bilməyəcək.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler