» » “Qarabağ” tarix yaza biləcəkmi?

“Qarabağ” tarix yaza biləcəkmi?

Bölmə: Idman, MANŞET
“Qarabağ” tarix yaza biləcəkmi?
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Xalqinfo” xəbər verir ki, “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bakıda Tofiq Bəhrəmov adına stadionda keçirilən matç qolsuz bərabərliklə bitdiyindən hər iki komandanın mərhələ keçmək şansı var.

“Qarabağ” mərhələni keçəcəyi təqdirdə ölkə futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Daha əvvəl Ağdam təmsilçisi “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:0

Baş hakim: Roy Reynşreyber

Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler