» » ““Qarabağ” çox texnikalıdır” -

““Qarabağ” çox texnikalıdır” - “Şerif”in baş məşqçisi

Bölmə: Idman
““Qarabağ” çox texnikalıdır” -
Moldovanın "Şerif" klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la oyunöncəsi baş tutan mətbuat konfransında fikirlərini bildirib.

"Xalqinfo” xəbər verir ki, Tiraspol təmsilçisinin baş məşqçisi"Qarabağ"ı yüksək dəyərləndirdiklərini vurğulayıb:

"Bakıdakı ilk oyunda yaşı nəticə qazanmağa çalışdıq. Düşünürəm ki, ilk oyunda sərfəli nəticə əldə etmişik. İndi bizim xeyrimizə olan çox önəmli bir amil daha var – evdə, doğma azarkeşlər önündə çıxış edəcəyik. Ümid edirəm ki, onlar stadionu dolduraraq bizə dəstəkləri ilə kömək edəcəklər".

İtaliyalı mütəxəssis "Qarabağ"a qarşı ehtiyatlı futbol oynayacaqlarını dilə gətirib: "Əgər biz "Kukesi" ilə hər iki oyuna nəzər salsaq, görərik ki, kifayət qədər qol vəziyyətləri yarada bilmişdik. İlk oyunda xeyli şansımız oldu. Oyunun əvvəllərində penalti oldu ki, hakim təyin etmədi. Ancaq istənilən halda müdafiəni unutmaq olmaz. Rəqimiz çox texnikalı, mövqelər üzrə yaxşı yayılan və hücum quran komandadır".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler