» » “İstefa etmədim, qovuldum” -

“İstefa etmədim, qovuldum” - Fatih Terim

Bölmə: Idman
“İstefa etmədim, qovuldum” -
Fatih Terim Türkiyə millisindən istefa etməsi və ya qovulması barədə müzakirələrə son qoyub.

Xalqinfo” Anadolu agetliyinə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis açıqlama verərək millidən istefa etmədiyini və federasiya tərəfindən qovulduğunu bildirib.

Terim ötən həftə restoranda etdiyi davadan sonra millidən özü getmək istədiyini, lakin istəyinin qəbul edilmədiyini deyib:

“Məlum hadisədən sonra federasiya prezidenti Yıldırım Dəmirörənə millini tərk edə biləcəyimi dedim. Lakin, Dəmirörən “Hocam, daha edəcək işlərimiz var” dedi. Mən də işimə davam etdim. Lakin, 26 iyulda Ali Dürüst ofisimə gəldi, keçirilən iclasdan sonra işimə son verildiyini söylədi”.

Qeyd edək ki, 2013-cü ildə 5+2 illik müqavilə imzalan F.Terim 3,5 milyon avro maaş alırdı. Qovulduğu üçün 4,6 milyon avro təzminat alacağı bildirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler