» » Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -

Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir - ilginc siyahı, fotolar

Bölmə: Idman, MARAQLI
Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -
Dünyanın ən çox qazanan idmançısı Kristiano Ronaldi pulunu necə xərcləyir, sizcə?

Musavat.com dünya mətbuatına istinadən məşhur futbolçunun “ay amaannn” dedirdəcək xərcləmələrindən yazır.

Peşəsinin qızıl dövrünü yaşayan Kristiano Ronaldo təkcə futboldan yox, reklam və elanlardan da böyük miqdarda pullar qazanır. Onduz da bu il sərvətinə 93 milyon dollar daha əlavə edən Ronaldo son bir ilin ən çox qazanan məşhurları siyahısında yer almışdı.

Hazırda 22 yaşındakı sevgilisi Corcinia Rodrigezdən 4-cü uşağını gözləyən Ronaldo pulunu haralara və kimlərə xərcləyir? Bu da futbolçunun insanın əsəblərinə toxunacaq xərcləmə stili:

Dünyanın ən varlı futbolçuları arasında yer alan Ronaldo 2017-ci ilin ən çox qazanan idman ulduzu olub. Messi ikinci sırada yer alıb.

Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -















“Forbes” jurnalının məlumatlarına görə, o, keçən il 88 milyon dollar qazandı və bu pulun 32 milyon dollar Nike, Tag Hauer kimi şirlətlərlə imzaladığı anlaşmalardan gldi. Təkcə Nike’dan 13 milyon dollar alan futbolçu Herbalife, Castrol, Samsung və KFC kimi şirkətlərlə də çalışır.

Instagram’da 107 milyon təqibçisi olan Ronaldo burada da pula pul demir. Çünki sosial media hesablarında da tez-tez reklamlar paylaşır.

300.000 dollarlıq Lamborghini Aventadoru və şəkildə gördüyünüz Mazeratisi də bu durumun ən açıq sübutudur.

Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -













Amma bizim ancaq yuxumuzda sürə biləcəyimiz bu maşınların qədir-qiymətini bildiyini isə demək doğru olmaz. Çünki 2009-cu ildə Mançesterdə bir qəza edib və 320.000 dollarlıq Ferraru maşınını zibilxanaya atdırıb. Amma onun lüks maşın kolleksiyasında saysız-hesabsız bahalı maşınlar olduğu üçün bu, ona görə böyük itki sayılmazdı.

Kristiano Ronaldonun Madriddəki super lüks evi də insanın əsəblərində oynayır. Təsəvvür edin, adam 7.1 milyon dollarlıq bir evdə yaşayır.

Son 12 ayda 88 milyon dollar qazanmış biri üçün 7 milyon dollar olduqca kiçik, kiçicik bir xərcləmə sayılır. Axı bununla paralel o, Donald Trampın sahib olduğu evlərdən, Tramp Qüllələrindəki evi üçün də 18.5 milyon dollar xərcləyib.

Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -













O, kişilərin ən çox pul xərclədiyi aksesuarlar arasındakı saatları ilə də gündəmdədir. Onu reklam müqaviləsi imzaladığı Jacop & Co şirkətinin 160.000 dollarlıq saatları ilə də görüblər.

Ronaldo pullarını necə xərcləyir sualına verilən bir cavab da onun 29.000 dollarlıq heykəlidir. Dildən-dilə dolaşan söhbətlərə görə, sözügedən heykəl futbolçunun evinin girişindədir.

21 milyon dollarlıq Gulfstream G200 modelindeki özel jeti də Ronaldonun xərcləmələri arasındadır. Adamı niyə qınayırsız ki? Bizim kimi ucuz təyyarə bileti axtarmaq üçün sayt-sayt gəzməlidir?

Kristiano Ronaldo milyonlarını nəyə xərcləyir -













Pullarını ancaq lüks üçün xərcləməyən bu məşhur xeyirsevər olaraq da tanınır. Bu xeyirsevərliklərdən biri xərçəng müalicə mərkəzinə 165.000 dollar bağışlaması, digəri isə 10 yaşındakı bir uşağın beyin əməliyyatı üçün 83.000 dollar ödəməsidir.

Necə deyərlər, varlının pulu kasıbın çənəsini yorar. Yəni, bu siyahı sonsuza qədər uzanıb gedə bilər. Amma siz oxucular məsələni belə qəbul edin: bütün dünya pulunu nəyə xərcləmirsə, Ronaldo ona xərcləyir. Mənzərə aydındır...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler