» » Berti Foqts və futbolumuz haqda sensasion açıqlamalar

Berti Foqts və futbolumuz haqda sensasion açıqlamalar

Bölmə: Idman, BLOK XƏBƏR
Berti Foqts və futbolumuz haqda sensasion açıqlamalar

İdman yazarı Elçin Cəlilov: “ Foqts hazırkı futbol hökumәtini hansısa әmәllәrinә görә özündәn asılı edib”

Futbol üzrə Azərbaycanın əsas yığma komandasının Xorvatiya və İtaliya yığmasına biabırçı məğlubiyyəti gündəmin əsas müzakirə mövzularındandır. Berti Foqtsun rəhbərlik etdiyi yığmamız Xorvatiyaya 6 cavabsız qolla, İtaliyaya isə 2-1 hesabı ilə uduzub. Neft pullarının sel kimi axıdıldığı Azərbaycan futbolunun bu dərəcədə uğursuzluğu, onun səbəbləri isə hətta futboldan uzaq olan şəxslərin də marağına səbəb olub.

Musavat.com yığmamızın matçlarını izləmiş, jurnalist heyətinin üzvlərindən olan futbolpress.az saytının redaktoru Elçin Cəlilovla bu mövzuda söhbətləşib.

- Öncə ondan başlayaq ki, səfərdə iştirak edən idman yazarı olaraq İtaliya və Xorvatiya matçları barədə təəssüratlarınız necədir?

- Mәnim tәәssüratım belәdi ki, İtaliya yığması hәmişә qәlәbә üçün minimum nәticәylә dә kifayәtlәnir deyә, 2:1 uduzduq, ancaq Xorvatiya elә deyil. 6:0 kimi böyükhesablı mәğlubiyyәt tәәssüratları belә zәdәlәyәcәk hәddә biabırçı nәticәdi.

- Matçın öncəsində və sonrasında... yaşananlar da maraqlıdır. Pərdə arxasında nələr baş verirdi?

- İtaliya ilә matçöncәsi hәr şey yaxşı görünürdü. Komandada әhval-ruhiyyә dә yerindә idi. İtalyanların icazә verdiyi qәdәr oynadığımızı düşünsәm dә, insafәn, ikinci hissәdә yaxşı oyun çıxartdıq. Ancaq Xorvatiya üçün güc qalmamışdı. Dörd günә iki oyun oynaya bilmәdiklәri, fotbolçuların yorulub haldan düşdüklәri aydın görünürdü.

Pәrdәarxası әn maraqlı mәqamsa İcraiyyә Komitәsinin sәfәrdә olan iki üzvünün dayanmadan baş mәşqçi Foqtsu pislәmәsi oldu. Komitә 10 nәfәrdәn ibarәtdi vә iş belәdi ki, onların yarıdan çoxu әleyhinә sәs verәrsә, Foqtsla yollar ayrılar. 7 ildi Azәrbaycan yığmasını çalışdıran alman mәşqçinin mәhz indi bu qәdәr sıxma-boğmaya salınması onu göstәrir ki, deyәsәn, istefası hazırlanır. Hәr halda bir-iki hәftәyә komitәnin toplanışı olmalıdı. Ancaq bu, bir manipulyasiya da ola bilәr. Mümkündü ki, İK-nın üzvlәrinә fәallaşmaq vә narazı azarkeşlәrin mövqeyindәn çıxış etmәk tapşırığı verilib. Belәdә emosiyalar sakitlәşәcәk. Hәr halda, Foqtsun qovulacağına inanmıram. Çünki qovulsa, əvәzindә külli-muqdarda tәzminat ödәnmәlidi.

“Futbolçular milli futbola axıdılan tonlarla puldan sonra birdәn-birә varlandılar”


- Bu cür biabırçı məğlubiyyətlərin yükünü təkcə Foqtsun çiyninə yükləmək ədalətsizlik deyilmi, sizcə? Mən təkcə onunla bağlı veriləcək qərarı nəzərdə tutmuram. Həm də ictimaiyyətdə yaranan fikirlə bağlıdır sualım.

- Foqtsun üstünә yüklәnmәk, mәncә, yalnız futbol rәhbәrliyinin marağında olar. Mәsәlәdә əsas tәqsirkar sistemin yanlış qurulmasıdır. Bir ölkәnin kanalizasi xәtti, yol mәdәniyyәti, sosial rifahı, tәhsili nә sәviyyәdәdisә, futbolu da ona uyğun olur.

İctimai fikir? Ölkәmizdә ictimai fikirlә oturub-dursaq, çox pinti mәnzәrә yaranar. Bilirsiz, Foqts 7 ildә heç nә dәyişә bilmәyib, hәmişә dә açıqlamalarında günahı özündәn başqa hәr şeydә görüb. Bu müddәtdә ona 14-15 milyon manat ödәnib. Hәr halda, 7 ilә heç nәyi dәyişә bilmәyәn şәxs o işdәn gedәr. Nә o getmir, nә dә göndәrә bilmirlәr. Burda әndirabadi durum var. Mәsәlәn, ilk dәfәdi ki, federasiya rәhbәrliyindә Foqtsa qarşı narazılığın kütlәvi hәddini hiss elәdim bu sәfәrlәrdə. Әgәr qovulmasa, demәk, araşdırma istiqamәtlәrimiz dәyişmәlidi. Sәbәb vә nәticәlәri doğru aşkarlamaq üçün hәdәflәri dәqiqlәşdirmәk lazım olacaq.

“Baş məşqçinin qovulacağına inanmıram, əvәzindә külli miqdarda tәzminat ödәnmәlidi”


- Təxminləriniz nədir? Foqtsu 7 ildir "vazkeçilməz" etmənin bir səbəbi olmalıdı hər halda... Vurduğu bütün zərbələrə baxmayaraq...

- Müxtәlif versiyalar var, ancaq onları iddia elәmәk qeyri-ciddilikdәn başqa heç nә olmaz. Mülahizә yürütmәyimizә çәtinlik yaradan mәqam isә medianın AFFA-ya xeyli uzaq tutulmasıdı. İnformasiya sәhihliyimiz çox azdı. Mәnim inandığım versiya budu ki, Foqtsu ölkә başcısı tәyin elәyib, ona görә onu çıxarmaq bu qәdәr çәtindi. O vaxt dünyanın “Top-10” mәşqçilәrindәn birinin gәtirilmәsi tapşırılıb, lakin danışıqlar uğursuz olub. Sonra “Top-20”-yә baxmaq tapşırılıb. Oradan da yalnız Berti Foqts Azәrbaycanda işlәmәyә razılıq verib. Bu, iş birbaşa prezidentin tapşırığı ilә hәll olunub. Sonra elә olub ki, Foqts hazırkı futbol hökumәtini hansısa әmәllәrinә görә özündәn asılı salıb. Hәtta bir dәfә qovulacağı tәqdirdә UEFA-da, Avropa mediasında Azәrbaycan futbolu haqda danışacağı xeyli mövzusunun olduğunu bildirmişdi. Bu, o vaxtlar idi ki, Foqtsun müqavilәsi bitmişdi vә hamı düşünürdü ki, müqavilә yenilәnmәz. Amma әksinә oldu. Hәr halda, bizә mәlum olmayan detallar çoxdu. Foqts xeyli әvvәldәn qovulmalıydı.

“Xorvatiya üçün güc qalmamışdı”


- Bu səfərlə bağlı hazırlanmış təəssürat yazılarından da belə anlaşılır ki, Foqts bu uğursuzluğun səbəbini özündən başqa bir çox faktorlarda görür. Məsələn, onun arqumentləri nədir? Azərbaycan yığması başarısızdır, çünki.... ?

- İtaliyada oyunqabağı konfransda bu haqda sual verdim. Dedi, reqlament әleyhimizәdi. İtaliya vә Xorvatiya qrupun favoritlәridi, onlarla dörd gün içindә, özü dә sәfәrdә oynamaq bizim gücümüzә görә deyil. Әvvәllәr eyni qrupa düşәn komandalar aralarında müzakirә elәyib, reqlament müәyyәnlәşdirirdilәr. İndi bunu UEFA edir vә qurum Azәrbaycan kimi kiçik futbol ölkәlәrinin rәyini nәzәrә almır. Reqlamentin әleyhimizә olması vә Azәrbaycan klublarını әsas günahkar saydı. Dedi, "Qarabağ", "Neftçi" avroliqada oynayanda ölkә çempionatındakı oyunu tәxirә salınır, yaxud, әsasәn ikinci heyәtlә oynayırlar. Hәm dә heç bir klubda iki-üç yerli futbolçudan artıq oynamır әsas heyәtdә. Belәdә seçim imkanının mәhdud olmasını vә oyunçuların hәftәdә iki matç keçirmәyә hazır olmadığını bildirdi. Bu iddialarda hardasa haqlıdı.

Ancaq reqlamenti düz demir. Bir hәftә әvvәldәn komandanı götürüb apardı Frankfurta. Ordakı hazırlığın nәticәsi heç görünmәdi. Hәm dә istәdiyi formada ölkә çempionatının reqlamentinә tәsir elәyә bilir. Bәs bu adam niyә narazıdı? Klubların yerli futbolçuları az oynatması da absurd arqumentә oxşayır. Foqtsun öz seleksiyası bәrbaddı, klublarda nә günah? Әgәr 7 ildә bu işә istәdiyi kimi o yan-bu yana fırladıb, gen-bol sәlahiyyәtlәrә baxmayaraq, nәticә verә bilmirsә, demәli, burdakı işi uğursuzdu, bununçün "günah keçisi" axtarmaq boş şeydi.

Foqtsla yollar ayrılmalıdı. Yerinә yerli mәşqçi, yaxud Azәrbaycan psixoligiyasına yaxın mәşqçi gәtirilmәlidi.

“6:0 uduzan futbolçumun "Duty Free"dә bir mәhsula xərclədiyi mәblәği mәnim üç dil bilәn, mükәmmәl tәhsili, dünyagörüşü olan hәmkarlarım heç bir aya xәrclәyә bilmir öz ehtiyacı üçün”


- Bəs futbolçular? Hansılar ki, sizin yazınızda da qeyd etdiyiniz kimi, "Duty Free"lərdə çox səxavətlə pul xərcləyir, şıq yaşayırlar… Onların bu uğursuzluqda payı nə qədərdir? Yeri gəlmişkən, elə aeroportdaca Azərbaycan xalqından bu nəticəyə görə üzr istəmələri günahlarını xəfiflədirmi?

- Azәrbaycanlı futbolçunun ümumi obrazını topa bәnzәdirәm. İçi havadı, boşdu. Çox az istisnalar var ki, onlar top qovmaqdan başqa, hәm dә baş işlәdә bilirlәr, mәnәviyyatları zәngindi vә s.

“Yerli futbolçu kağız üzәrindә yazılandan beş qat artıq alır, әcnәbi isә on beş, iyirmi beş dəfə...”


Yazımda qeyd elәdiyim kimi, 6:0 uduzan futbolçumun "Duty Free"dә bir mәhsula xərclədiyi mәblәği mәnim üç dil bilәn, mükәmmәl tәhsili, dünyagörüşü olan hәmkarım heç bir aya xәrclәyә bilmir öz ehtiyacları üçün. Futbolçu futbola axıdılan tonlarla puldan sonra birdәn-burә varlandı. O pulları mәnimsәyәn sistem mәcburdu ki, futbolçunu da "yedirsin".
Müәllimlərimiz, hәkimlərimiz 250-300 manat maaş alır, futbolçularımız isə 10-15 min. Bәli, kağızda o da müәllim qәdər alır, ancaq... Bax, problem elә burdadı. Futbolda ikili müqavilәlәr var. Kağızda 3-5 manat yazılır, ancaq әlbә-әl ondan yüz dәfә çox. Bu çox geniş mövzudu. Yәni belә sistemdә futbolda balansı bәrpa elәyib, hansısa sistem tәtbiq elәmәk, inkişafa nail olmaq mümkünsüzdü. 1. Ona görә ki, yerli futbolçu kağız üzәrindә yazılandan beş qat artıq alır, әcnәbi isә on beş, iyirmi beş vә s. qat. Belәdә ifrat tәbәqәlәşmә yaranır. Hәm dә heç bir inkişafameyilli, ortabab futbol ölkәsindә Azәrbaycan futbolu qәdәr pul fırlanmır.

“Azәrbaycanlı futbolçunun ümumi obrazını topa bәnzәdirәm. İçi havadı, boşdu"


Mәsәlәn, 6:0 uduzduğumuz Xorvatiyanın çempionatında bizim çempionat qәdәr pul dövr elәmir, araşdırsaq, görәrik ki, onlarda futbol pul gәtirir, bizdә itirir. Onlarda yığmanı oyunçuları "Real" Madrid, "Barselona", "Bavariya" kimi klublarda oynayır, bizimkiysә әn yaxşı halda Türkiyәnin ikinci dәrәcәli liqasında. Son 5 ildә bilirsizmi Azәrbaycan futbolu vasitәsiylә xaricә nә qәdәr pul axıb? Legioner gәtirilir, ona beş manata danışılır, üç manat verilir, iki manatsa öz ciblərinә gedir. Bununsa ölkә futbolunun inkişafına nöqtә boyda tәsiri olmur. Azәrbaycanlı futbolçu burda üç manata oynamağa razıdı, nәinki iki manata daha sәviyyәli xarici çempionatda oynayıb gücünü artırmağa. Psixoloji mәsәlәlərdәn tutmuş, әn xırda detallara qәdәr - problemlәr çoxdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler