» » İdman növünün adı dəyişdirildi

İdman növünün adı dəyişdirildi

Bölmə: Idman
İdman növünün adı dəyişdirildi
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) konqresinin qərarı ilə sinxron üzgüçülüyün adı dəyişdirilərək bədii üzgüçülük adlandırılıb.

Xalqinfo.az xəbər verir ki, səsvermə FINA-nın bu günlərdə su idman növləri üzrə dünya çempionatını qəbul etmiş Budapeştdə keçirilən konqresində olub.

Sinxron üzgüçülüyün adının dəyişdirilməsi ideyasını Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmanın bu növünü inkişaf etdirmək məqsədi ilə irəli sürüb.

Sinxron üzgüçülük ilk dəfə 1984-cü ildə Los-Ancelesdə Olimpiya Oyunları proqramına daxil edilib. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarına qədər sinxron üzgüçülük üzrə yarışlar proqramına tək (solo) və cüt çıxışlar daxil olub. Hazırda Olimpiya Oyunlarında duet və qruplar üzrə medallar oynanılır.

Maraqlıdır ki, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London, 2016-cı il Rio-de-Janeyro olimpiadalarında sinxron üzgüçülük üzrə bütün qızıl medalları Rusiya təmsilçiləri qazanıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler