» » “Qarabağ” - “Şerif” oyununun təyinatları açıqlandı

“Qarabağ” - “Şerif” oyununun təyinatları açıqlandı

Bölmə: Idman
“Qarabağ” - “Şerif” oyununun təyinatları açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Şerif” (Moldova) oyununun təyinatları açıqlanıb.

Xalqinfo” kluba istinadən xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək.

Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.

Qeyd edək ki, iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler