» » Andres İnyesta “Qızıl Ayaq” mükafatına layiq görüldü

Andres İnyesta “Qızıl Ayaq” mükafatına layiq görüldü

Bölmə: Idman
Andres İnyesta “Qızıl Ayaq” mükafatına layiq görüldü


Barselona futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta dünya futboluna töhfə vermiş 28 yaşdan böyük futbolçular üçün təsis edilən “Golden Foot (Qızıl Ayaq)” mükafatına layiq görülüb.

Barselona klubunun rəsmi saytının yaydığı məlumata görə, builki namizədlər arasında Tyerri Anri, Manuel Noyer, Andrea Pirlo, Frank Riberi, Kriştiano Ronaldo, Ueyn Runi, Tiaqu Silva, Yaya Ture və braziliyalı əfsanəvi qadın futbolçu Marta da yer alırdı.

Qeyd edək ki, bu titulu hər futbolçu ömründə bir dəfə ala bilər. Qaydaya görə, qalibin ayaq izləri Monakoda yerləşən “Çempionlar Xiyabanı”nda yer alır.

Xatırladaq ki, indiyədək “Golden Foot” mükafatına aşağıdakı futbolçular layiq görülüblər:

2003-cü il Roberto Bacio (İtaliya)

2004-cü il Pavel Nedved (Çexiya)

2005-ci il Andrey Şevçenko (Ukrayna)

2006-cı il Ronaldo (Braziliya)

2007-ci il Alessandro Delpyero (İtaliya)

2008-ci il Roberto Karlos (Braziliya)

2009-cu il Ronaldinyo (Braziliya)

2010-cu il Françesko Totti (İtaliya)

2011-ci il Rayan Qiqqz (Uels)

2012-ci il Zlatan İbrahimoviç (İsveç)

2013-cü il Didye Droqba (Fil Dişi adaları)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler