» » “Hakimə görə uduzmadıq” -

“Hakimə görə uduzmadıq” - Rəqib baş məşqçi

Bölmə: Idman
“Hakimə görə uduzmadıq” -
“Oyundan əvvəl bütün komandaların şansı olur və biz həmin şansdan danışırdıq. İndi də növbəti mərhələyə adlamaq şansımız var, mərhələ adlamağa çalışacağıq”.

Xalqinfo”nun məlumatına görə, bu sözləri Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Gia Tsetsadze deyib.

Sözügedən komanda Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Hakimlik haqda danışmaq istəmirəm. Oyundakı bütün epizodlara baxdıqdan sonra bu barədə ətraflı söhbət edəcəyəm”.

- Birinci penalti epizodundan hakimin səhv etdiyini düşünmürsünüz?

- Biz hakimə görə uduzmadıq. Heç kimi günahlandırmaq niyyətində deyilik. Səhvlərimiz var və oyunu analiz edib səhvlərimizi ortaya çıxaracağıq.

- Sözlərinizdən bəlli olur ki, “Qarabağ”ın bu heyətlə meydana çıxacağını düşünməmisiniz...

- Əvvəlcədən “Qarabağ”ın belə oynayacağını bilirdik. Burada təəccüblü heç nə yoxdur.

- Ötən il “Qəbələ” komandanızın qapısından 5 qol keçirmişdi. Bakını “Samtredia” üçün uğursuz şəhər hesab etmirsiniz?

- Xeyr. Sadəcə, Azərbaycanda klub futbolu daha çox inkişaf edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler