» » “Rəşadın vəziyyəti 1-2 günə dəqiq bəlli olacaq” -

“Rəşadın vəziyyəti 1-2 günə dəqiq bəlli olacaq” - Qurbanov

Bölmə: Idman
“Rəşadın vəziyyəti 1-2 günə dəqiq bəlli olacaq” -
“Çox istəkli və çox aqressiv komandaya qarşı oynadıq. Həqiqətən də “Samtredia”dan belə gərgin oyun gözləmirdik”.

Xalqinfo”nun məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Gürcüstanın “Samtredia” klubunu məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Rəqib hesabdan asılı olmayaraq yaxşı mübarizə apardı. Oyuna çox gərgin başladıq və ilk hissə bizim üçün ağır oldu. Amma futbolçularımız sona qədər xarakter göstərdilər və güclərini ortaya qoya bildilər. Qələbədə azarkeşlərimizin də payı oldu. Fikrimiz cavab oyununda olacaq. Aradakı vaxtda çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Səfər oyununda istənilən nəticə qeydə alına bilər”.

- Yeni transferlərin oyunundan razı qaldınız?

- Hər ikisi təcrübəli futbolçudur. Bu gün desək ki, razı qaldım, ya yox, düz çıxmaz. Bir oyunla yeni futbolçuya dəyər verə bilmərik. Mövsümboyu eyni tempdə olmalı və nəticə vermək üçün çalışmalıdırlar. Oyun disiplinindən razı qaldım. Necə danışmışdıqsa, elə də oynadılar. Yeni futbolçuların qoşulması ilə komandamızın oyun sistemi qaldı.

- Oyunun gedişində zədə alan Rəşad Sadıqovun durumu necədir?

- Sabah, ya da birigün bilinəcək. Bir az dizində ağrılar hiss elədi. Düşünürəm ki, ciddi olmaz. 1-2 günə dəqiq bəlli olacaq.

- Bu heyətlə maksimum hədəfiniz nədi?

- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdu, çox ciddi turnirdi. Burda hər komanda öz ölkəsinin çempionudu. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler