» » Foqts klubları günahlandırıb qaçır

Foqts klubları günahlandırıb qaçır

Bölmə: Idman
Foqts klubları günahlandırıb qaçır"Xorvatiya millisini təbrik edirəm. Etiraf edim ki, onlar layiqli qələbə qazandılar. Xorvatiya sona qədər mübarizə apardı, biz isə buna fiziki baxımdan hazır deyildik". Xalqinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya ilə səfər matçından sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Alman məşqçi komandasının AVRO-2016-nın seçmə mərhələsində səfərdə xorvatlara 6:0 hesabı ilə məğlub olduğu oyundan sonra keçirilən mətbuat konfransında daha sonra bunları dilə gətirib: "Azərbaycanlı futbolçular fiziki hazırlıq cəhətdən geri qalırlar. Onlar 3 gün fasilə ilə ardıcıl iki qarşılaşmada oynaya bilmirlər. Çünki klublar Avropa arenasındakı oyunlarından sonra fasilə edirlər. Bu, yığma komanda üzvlərinə mənfi təsir göstərir.
Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler