» » Gecə 8 qarşılaşma olacaq

Gecə 8 qarşılaşma olacaq

Bölmə: Idman
Gecə 8 qarşılaşma olacaq

Bu gün “Avro-2016”nın seçmə mərhələsində III turun növbəti oyunları keçiriləcək
D, F və İ qruplarında 8 qarşılaşma baş tutacaq.
D qrupunda Cəbəllütariq millisi evdə Gürcüstanla, Polşa yığması isə Şotlandiya ilə qarşılaşacaq. Son oyunda səfərdə Polşaya məğlub olan Almaniya millisi evdə İrlandiya ilə üz-üzə gələcək.
F qrupunda Finlandiya evdə Rumıniyanı, Farer adaları isə Macarıstanı qəbul edəcək. Qrupun hazırkı lideri Şimali İrlandiya yığması səfərdə Yunanıstanın qonağı olacaq.
İ qrupunda isə iki qarşılaşma keçiriləcək. Burada Serbiya öz meydanında Albaniya, Danimarka isə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, gecənin bütün oyunları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

14 oktyabr, “Avro-2016”nın seçmə mərhələsi:

D qrupu
23:45. Cəbəllütariq - Gürcüstan
23:45. Almaniya - İrlandiya
23:45. Polşa - Şotlandiya

F qrupu
23:45. Finlandiya - Rumıniya
23:45. Yunanıstan - Şimali İrlandiya
23:45. Farer adaları - Macarıstan

İ qrupu
23:45. Serbiya - Albaniya
23:45. Danimarka - Portuqaliya

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler