» » Ölkə çempionu 0:7 uduzdu -

Ölkə çempionu 0:7 uduzdu - 7 futbolçu və məşqçisi həbs edildi

Bölmə: Idman
Ölkə çempionu 0:7 uduzdu -
Albaniya çempionu “Kukesi” klubu Avtriyada təlim məşq toplanışında xoşgəlməz halla qarşılaşıb.

Xalqinfo” xəbər verir ki, burada yoxlama görüşündə qüvvəsini sınayan albanlar “Dinamo Moskva” ya 0:6, “Volfsberq”ə isə 0:7 hesabı ilə uduzublar. Oyunların nəticələrindən sonra Avstriya polisi “Kukesi” klubunun 7 oyuçusu və məşqçilərini həbs edib. Onlar oyunun nəticələrinə görə şübhəli bilinərək dindiriliblər.

Dindirmədən sonra sərbəst buraxılsalar da, haqlarında araşdırma davam edəcək.

Qeyd edək ki, “Kukesi” klubu sabah UEFA Çempionlar Liqasındın II təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler