» » “Qarabağ” qapısında 10 qol görüb” -

“Qarabağ” qapısında 10 qol görüb” - “Samtredia”nın baş məşqçisi

Bölmə: Idman
“Qarabağ” qapısında 10 qol görüb” -
"Yoxlama oyunlarının nəticəsi ilə hərəkət edə bilmərik. Düzdü, "Qarabağ" son iki yoxlama oyununa qapısında 10 qol görüb, ancaq bu, heç nə demək deyil".

"Xalqinfo" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Gürcüstanın "Smatredia" klubunun baş məşqçisi Gio Tsetsadze deyib. Ölkəsinin mətbuatına müsahibə verən gürcüstanlı mütəxəssis "Qarabağ"la 2 gün sonra keçirəcəkləri qarşılaşma haqda danışıb. Çalışdırıcı "Qarabağ"ı yaxşı təhlil etdiklərini deyib:

"Rəqibimizi təhlil etmişik. "Qarabağ"ın güclü və zəif tərəflərini öyrənməyə çalışmışıq. "Qarabağ" güclü komandadır və yəqin ki, bizdən üstün mübarizə aparacaqlar. Ümid edirik ki, mərhələ adlamağı bacaracağıq".

Gia komandasının hazırkı durumundan və heyətdəki futbolçuların vəziyyətindən danışıb: "Demək olar ki, indiki heyətdən razıyam. Amma heyətimizi gücləndirsək, pis olmaz. Rəqabət baxımından bir neçə oyunçu ilə güclənmək niyyətindəyik".

Qeyd edək ki, komandalar arasındakı ilk oyun iyulun 11-də Bakıda keçiriləcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler