» » Millimiz biyabırçılığa, İslandiya möcüzəyə davam edir

Millimiz biyabırçılığa, İslandiya möcüzəyə davam edir

Bölmə: Idman
Millimiz biyabırçılığa, İslandiya möcüzəyə davam edirAVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Xalqinfo.az xəbər verir ki, oyun günü Azərbaycan milli komandası Xorvatiya ilə qarşılaşıb. Rəqib meydanında matça yaxşı başlamayan Berti Foqtsun rəhbərliyindəki yığmamız sonda irihesablı məğlubiyyətlə barışıb.

Azərbaycan millisinin yer aldığı qrupda daha iki qarşılaşma olub. Ötən tur öz meydanında komandamızı 2:1 hesabı ilə məğlub edən İtaliya səfərdə Malta üzərində minimal hesabla qələbə qazanıb - 1:0. Norveç isə azarkeşləri qarşısında Bolqarıstan millisindən üstün olub - 2:1.

"A" qrupunda yer alan Türkiyə isə səfərdə Latviya ilə qarşılaşıb. İlk iki matçda məğlub olan Fatih Terimin rəhbərliyindəki komanda bu dəfə də meydanı qələbə ilə tərk edə bilməyib. Türklər hesabı açsa da, rəqib bərabərliyi bərpa edib və matç qarşılıqlı qollarla başa çatıb - 1:1.
Qrupda ilk iki qarşılaşmasında qələbə qazanmış İslandiya isə yenə futbolsevərləri təəccübləndirib. Belə ki, bu dəfə Hollandiya millisi üzərində 2:0 hesabı ilə qələbə qazanan komanda qrupda liderliyini qoruyub.

13 oktyabr
"A" qrupu


Qazaxıstan - Çexiya - 2:4
Qollar: Dokal, 13 (0:1), Latafa, 44 (0:2), Krejçi, 57 (0:3), Logvinenko, 84 (1:3), Necid, 88 (1:4), Logvinenko, 90+1 (2:4)

İslandiya - Hollandiya - 2:0
Qollar: Qulfi Siqurdson, 10-pen, 42 (2:0)

Latviya – Türkiyə - 1:1
Qollar: Bilal Kısa, 47 (0:1), Valeris Şabala, 54-pen (1:1)


"B" qrupu

Andorra - İsrail - 1:4
Qollar: Damari, 3 (1:0) Lima, 15 (pen,1:1), Damari, 41;83, Hemed, 90+6 (pen)

Bosniya-Herseqovina - Belçika - 1:1
Qollar: E. Ceko, 28 (1:0), Nainqolan, 51 (1:1)

Uels-Kipr - 2:1
Qollar: Koteril, 13 (1:0), Robson-Kanu, 23 (2:0), Laban, 36 (2:1)


"H" qrupu

Malta - İtaliya - 0:1
Qol: Qraziano Pelle, 24 (0:1)
Qırmızı vərəqə: Mixael Mifsud, 28 (Malta), Leonardo Bonuççi, 73 (İtaliya)

Norveç - Bolqarıstan - 2:1
Qol: Tarik Elyunosi, 13 (1:0), Nikolay Bodurov, 43 (1:1), Havard Nielsen, 72 (2:1)

Xorvatiya - Azərbaycan - 6:0
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (4:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler