» » Əfsanəvi boksçunun vəziyyəti pisləşib

Əfsanəvi boksçunun vəziyyəti pisləşib

Bölmə: Idman
Əfsanəvi boksçunun vəziyyəti pisləşib

Parkinson xəstəliyindən əziyyət çəkən əfsanəvi amerikalı boksçu Məhəmməd Əli öz həyatından bəhs edən filmin təqdimatında iştirak edə bilməyib. Boksçunun qardaşı Rəhmanın sözlərinə görə, Əli ağır vəziyyətdədir və demək olar ki, danışa bilmir.

“Mənim film təqdimatı səsəbindən qardaşımla söhbət etmək imkanım olmayıb. O, danışmaqda çətinlik çəkir. Lakin bizim onun başına toplaşmağımızla fəxr edir.”-deyə boksçunun qardaşı bildirib.

"I am Ali" adlı sənədli film noyabr ayının 28-də ekranlara çıxacaq. Qeyd edək ki, hazırda 72 yaşı olan boksçu ağır çəkidə üç qat dünya və olimpiya çempionu olub. Xatırladaq ki, Məhəmməd Əli otuz ildir Parkinson xəstəliyindən əziyyət çəkir. Bu müddət ərzində Məhəmməd Əli fəal media-persona kimi varlığını qoruyub saxlaya bilib. Belə ki, əfsanəvi boksçu 2012-ci ildə London Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler