» » "İnter" doğma meydanda da qələbə qazanıb növbəti mərhələyə çıxdı

"İnter" doğma meydanda da qələbə qazanıb növbəti mərhələyə çıxdı

Bölmə: Idman
"İnter" doğma meydanda da qələbə qazanıb növbəti mərhələyə çıxdı
Bu gün Avropa Liqasının I təsnifat mərhələsində komandalarımız cavab görüşlərini keçirib.

Xalqinfo.az xəbər verir ki, Bakının "İnter" klubu doğma meydanda Sebiyanın "Mladost” komandası ilə üz-üzə gəlib.

Görüş "İnter"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 23-cü dəqiqəsində Denis Silva hesabı açaraq komandasını hesabda önə çıxarıb.

İlk hissəyə əlavə olunmuş dəqiqələrdə rəqib futbolçusu Pejoviç ikinci sarı kart alaraq meydandan qovulub.

Oyunun 74-cü dəqiqəsində Nizami Hacıyev komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə rəqibi 5:0 hesabı ilə məğlub edən "İnter" növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq. İkinci mərhələnin oyunları iyulun 11-12-si və iyulun 18-19-da keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler