» » “Lənətlənmiş turnir”: Konfederasiyalar Kuboku

“Lənətlənmiş turnir”: Konfederasiyalar Kuboku

Bölmə: Idman, MARAQLI
“Lənətlənmiş turnir”: Konfederasiyalar Kuboku
Bu turnirin qalibləri dünya çempionu ola bilmirlər.

Rusiyada keçirilən Konfederasiyalar Kuboku başa çatmaq üzrədir. İyulun 2-də Almaniya və Çili milliləri arasında final matçı keçiriləcək. Lakin bəzi futbolçular bu turnirdə qələbə qazanmağı heç də yaxşı əlamət saymırlar. Belə ki, müxtəlif illərdə kuboka sahib çıxmış komandalar bir il sonrakı Dünya Çempionatında uğursuzluğa düçar olublar. Məhz bu səbəbdən də, futbolçular arasında Konfederasiyalar Kuboku “lənətlənmiş turnir” adlandırılır. Turnirin tarixinə nəzər saldıqda, bu inancın əsassız olmadığını görə bilərik.

- 1997-ci ildə Konfederasiyalar Kubokunu qazanan Braziliya Fransada keçirilən Dünya Çempionatının finalında ev sahibi komandaya 3-0 hesabı ilə məğlub oldu.

- 2001-ci ildə Fransa özü “lənətlənmiş” kuboka yiyələndi və ... Cənubi Koreya ilə Yaponiyanın birgə təşkil etdikləri mundialda Fransa komandası bir qol belə vura bilmədi, cəmi bir xal qazandı, hələ üstəlik “ilkə” imza ataraq, turniri qrup mərhələsindən tərk edən son dünya çempionu kimi tarixə düşdü.

- 2005-ci ilin qalibi Braziliya növbəti ildə keçirilən Dünya Çempionatında yalnız ¼ finaladək irəliləyə bildilər və yenə də fransızlara məğlub oldular.

- 2009-cu ildə Braziliya “inanclara məhəl qoymayaraq”, yenidən Konfederasiyalar Kubokunu qazandılar və yenə də mundialda ¼ finaladək irəlilədilər. Bu dəfə onların qarşısını Hollandiya kəsdi.

- 2013-cü ildə Braziliya millisi artıq dördüncü dəfə 8 komanda arasında qalib oldu. Lakin turnirdən bir il sonra əsl rüsvayçılıq baş verdi. Bu dəfə mundial Braziliyada təşkil olundu. Öncəki illərdə başına gələnlərdən nəticə çıxarmayan braziliyalılar doğma divarlar arasında, öz azarkeşlərinin gözü qarşısında əzəli rəqibi Almaniya millisinə məğlub oldular, özü də hansı hesabla – 7:1. Deyilənlərə görə, bu matçdan sonra ürəyi dözməyib ölənlər də oldu.


İndi özünüz deyin, bu “lənətə” inanaq, ya inanmayaq?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler