» » ““Reyncers”ə qayıdacağıma ümid edirəm” -

““Reyncers”ə qayıdacağıma ümid edirəm” - “Qəbələ”nin şotlandiyalısı

Bölmə: Idman
““Reyncers”ə qayıdacağıma ümid edirəm” -
“Qəbələ”nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey ölkəsinin məbuatına açıqlama verib. “Xalqinfo” xəbər verir ki, o, Azərbaycan klubuna keçidindən danışıb.

Yarımmüdafiəçi bu addımı oynamaq üçün atdığını bildirib: “Birinci məqsədim “Reyncers”də qalmaq və mübarizə aparmaq idi. Amma göründüyü kimi düşündüklərim olmadı. Yeni baş məşqçi öz oyunçularını gətirmişdi. Komandaya təzə gələn futbolçuların bir çoxu yarımmüdafiəçidir və burada qalmaq çəttin olacaq. Mən “Reyncers”də ehtiyatda oturaraq pul qazanan futbolçulardan olmaq niyyətində deyiləm. Oynamaq istəyirəm və öz ambisiyalarım var. Azərbaycanda yaxşı işlər görsəm, hamını heyran edə biləcəm. Xüsusən baş məşqçilərim oyunumdan zövq alacaqlar. Bir klub tapıb oynamaq lazım idi və mən “Qəbələ”ni seçdim”.

Hallidey “Qəbələ”də icarə əsasında çıxış edəcəyi üçün sevindiyini bildirib: “Hesab edirəm ki, icarə əsasında bu kluba keçməyim düzgün qərar idi. Çünki “Reyncers”dən birdəfəlik ayrılmaq fikrində deyiləm. Bu komandadakı yerimdən asanlıqla imtina etməyəcəm. Ötən mövsüm heç də pis oyun sərgiləmədim. Lakin ötən mövsümün ilk 4 ayındakı oyunumu bərpa etmək üçün çalışmalıyam. İlin ikinci yarısında heç də özümə bənzəmirdim və fərqlənməkdə çətinlik çəkirdim. Mənim istedadım var və buna inanıram. Ümid edirəm ki, baş məşqçimiz də mənim “Reyncers” karyeramın başa çatmasını istəmir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler