» » “İtiriləcək heç nəyimiz yoxdur” -

“İtiriləcək heç nəyimiz yoxdur” - “İnter”in rəqibinin məşqçisi

Bölmə: Idman
“İtiriləcək heç nəyimiz yoxdur” -
Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsində “İnter”lə üz-üzə gələcək Serbiyanın “Mladost” klubunun məşqçisi Nenad Milovanoviç açıqlama verib. “Xalqinfo”nun məlumatına görə, təcrübəli çalışdırıcı matç haqqında fikirlərini bildirib.

O, komandasının itiriləcək heç bir şeyinin olmadığını bildirib: “Biz çempionatdan avrokuboklara vəsiqəni qazananda bu yuxu kimi görünürdü. İstəyirəm ki, bu yuxu davam etsin və uğur qazanaq. Avropa Liqası çətin turnirdir. Rəqibin də təcrübəsi var və bundan istifadə etməyə çalışacaq. Hücumda və müdafiədə yaxşı oyun göstərirlər. Lakin onlara qarşı oyun intizamımızı pozmamalıyıq. İtiriləcək heç bir şeyimiz yoxdur. İlk oyun həlledici olmayacaq, amma evdə qələbə vacibdir. Bizi böyük atmosfer gözləyir. Hər kəsi komadanın yanında olmağa çağırıram və bu yol bizi uğura aparır”.

Qeyd edək ki, “Mladost” – “İnter” oyunu Bakı vaxtilə saat 22:30-da başlayacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler