» » İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal

İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal

Bölmə: Idman
İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Xalqinfo” xəbər verir ki, yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısına uduzub və gümüş medalla kifayətlənib.

60 kq-da yarışan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda Moldovadan olan rəqibini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Əli Rəhimzadə Ukrayna idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Əli Rəhimzadə gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

96 kq çəkidə mübarizə aparan Məhəmmədrəsul Qazıməhəmmədov isə Türkiyə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə şans verməyən təmsilçimiz çempionatın bürünc medalını qazanıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler