» » Xorvatlar bizdən niyə qorxduqlarını açıqladılar

Xorvatlar bizdən niyə qorxduqlarını açıqladılar

Bölmə: Idman, BLOK XƏBƏR
Xorvatlar bizdən niyə qorxduqlarını açıqladılar

“Həqiqətən çox yorulmuşam. Ancaq bu qələbənin əhəmiyyəti böyük idi. Səfərdən qələbə ilə qayıtmaqla Avro-2016-nın final mərhələsinə getmək yolunda önəmli addım atdıq".

Bu sözləri Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç ölkəsinin mətbuatına açıqlamasında Bolqarıstana qalib gəldikləri oyundan (1:0) sonra deyib.

"Real" (Madrid) klubunun üzvü iki gün sonra qarşılaşacaqları Azərbaycanla oyuna da toxunub:

"Qarşıda hələ çox oyun var. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmağa çalışacağıq. Çünki bizdən gözləntilər çoxdur. Biz Xorvatiya üçün mübarizə aparırıq. Lakin Azərbaycanla oyunda da qələbə qazanmalıyıq. Əks təqdirdə, Sofiyada sanki heç nə etməmiş olacağıq. Lakin özümüzü aldatmayaq, Azərbaycanla oyun asan keçməyəcək".



“Bolqarıstan üzərində qələbədən sonra komandamızda yaxşı əhval-ruhiyə var. Heç bir yorğunluğumuz yoxdur. Növbəti matça tam hazırıq”.

Bunu isə Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren deyib. “Liverpul”un şərəfini qoruyan 25 yaşlı futbolçu millimizlə oyunda yaxşı nəticə qazanacaqlarına əmin olduğunu bildirib. O, həmçinin sabahkı qarşılaşmanın heç də asan olmayacağını vurğulayıb:

“Komandaları müqayisə edəndə favorit olduğumuz görünür. Üstəlik, biz doğma meydanda oynayacağıq. Qələbələrimizi sıralayacağımıza inanıram. Son illərin ən yaxşı heyətinə malikik. Bu futbolçularla istənilən uğura layiqik. Sabahkı qarşılaşma haqda onu deyə bilərəm ki, Azərbaycan millisini kifayət qədər analiz edə bilməmişik. Bu sarıdan çətinlik çəkəcəyimizi düşünmürəm. Ancaq ümumilikdə Avropa komandalarının heç biri ilə asan oyun olmur. Sabah rəqib bizə çətinlik yarada bilər”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler