» » “Qəbələ” yeni müdafiəçi transfer edib

“Qəbələ” yeni müdafiəçi transfer edib

Bölmə: Idman
“Qəbələ” yeni müdafiəçi transfer edib
“Qəbələ” klubu daha bir futbol transferini gerçəkləşdirib.

Xalqinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Surinam əsilli hollandiyalı oyunçu Dion Malone ilə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler