» » 33 qızıl medal qazanmış Bakı məktəblisi -

33 qızıl medal qazanmış Bakı məktəblisi - Fotolar

Bölmə: Idman
33 qızıl medal qazanmış Bakı məktəblisi -
Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb.

Xalqinfo” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb.

Orxan Məcidli qızıl medallardan 3-nü sambo, 30-nu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb. İstedadlı idmançı medallardan 12-ni Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i bürüncdür. Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.

Qeyd edək ki, Orxan Məcidli 5 yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub.

Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.

33 qızıl medal qazanmış Bakı məktəblisi -
33 qızıl medal qazanmış Bakı məktəblisi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler