» » Raul “Real”a qayıdacaq

Raul “Real”a qayıdacaq

Bölmə: Idman
Raul “Real”a qayıdacaq
“Real”ın sabiq hücumçusu Raul Qonsales komandaya qayıdacaq.

Xalqinfo.az championat-a istinadən xəbər verir ki, ispaniyalı Madrid klubunun baş direktorunun müavini olacaq.

Raul klubun direktorları və birinci komanda ilə əlaqələndirici olacaq. Rəsmi olaraq forvard səlahiyyətlərinin icrasına iyulun 3-dən başlayacaq və “Real”ın baş direktoru Xose Anhel Sançesə tabe olacaq.

Raul Qonsales “Kral klubu” üçün 1994-cü ildən 2010-cu ilə qədər oynayıb. “Real”ın tərkibində o altı dəfə Premyer liqanın, dörd dəfə İspaniya Superkubokunun, üç dəfə Çempionlar liqasının, iki dəfə Qitələrarası kubokun və bir dəfə UEFA Superkubokunun qızıl mükafatını qazanıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler