» » Gimnastlarımız Macarıstandan medallarla qayıdırlar

Gimnastlarımız Macarıstandan medallarla qayıdırlar

Bölmə: Idman
Gimnastlarımız Macarıstandan medallarla qayıdırlar
Macarıstanın paytaxtında təşkil edilmiş idman gimnastikası üzrə "Budapest Cup" yarışı sona çatıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 12 ölkənin iştirak etdiyi turnirdə Azərbaycanın yeniyetmə kişi gimnastları da yer alıb. 1999-2000-ci il təvəllüdlü gimnastların qrupunda çıxış etmiş idmançımız Sərvər Əliyev çoxnövçülükdə yalnız macarıstanlı rəqibindən geri qalaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. O, ayrı-ayrı alətlər üzrə finallarda da uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, halqalarda bürünc, paralel qollarda isə gümüş medal əldə edib. Eyni qrupda yer alan digər təmsilçimiz Cavidan Babayev isə ən yaxşı nəticəni halqalarda və dayaqlı tullanma hərəkətlərində göstərərək hər iki finalda 4-cü yerdə qərarlaşıb.

2001-2002-ci il təvəllüdlü gimnastların qrupunda isə ölkəmizi Sergey Onbış, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil ediblər. Sergey çöxnövçülük yarışında gümüş medal qazanıb. Ayrı-ayrı alətlər üzrə həlledici mərhələlərdə Ağamurad və Sergey sərbəst hərəkətlərdə, müvafiq olaraq, 1 və 2-ci yerləri öz aralarında bölüşüblər. Paralel qollardakı çıxışı da Sergeyə gümüş medal qazandırıb. Turnikdə isə o, bürünc medal əldə edib.

Eyni yaş qrupundakı digər təmsilçimiz Səməd Məmmədli ən yaxşı çıxışını parallel qollarda nümayiş etdirərək 4-cü yerdə qərarlaşıb.

Yarışlarda çıxış edən ən aşağı yaşlı gimastımız Mənsum Səfərov olub. 2003-2004-cü il təvəllüdlü gimnastlar qrupunda çıxış edən idmançımız ən yaxşı nəticəsini sərbəst hərəkətlərdə göstərərək 5-ci yerdə qərarlaşıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler