» » İki dəfə “ölüb-dirilən” ulduz...

İki dəfə “ölüb-dirilən” ulduz...

Bölmə: Idman
İki dəfə “ölüb-dirilən” ulduz...
Fransa millisinin sabiq üzvü Matyu Valbuenanın Türkiyə nəhəngi “Fənərbaxça”ya transferi səs-küy yaratdı. “Xalqinfo” xəbər verir ki, 32 yaşlı bəstəboy futbolçu kayerasında ikinci dəfə legioner həyatı yaşayacaq.

Uzun illər ölkəsində “Marsel” klubunun şərəfini qorumuş Valbuena ilk legioner həyatını Moskva “Dinamo”sunda yaşayıb. Rusiya paytaxtının klubunda 1 illik çıxışdan sonra yenidən ölkəsinə qayıdaraq “Lion”la anlaşıb. 2 illik “Lion” macəralarından sonra İstanbul klubu ilə müqavilə imzalayan Matyunun futbola gəlişi karyerasından daha rəngarəngdir

İki dəfə “ölüb-dirilən” ulduz...

Sentyabrın 28-i 1984-cü ildə Bruj şəhərində dünyaya gələn bəstəboy yarımmüdafiəçi 6 yaşından futbolla tanış olur. İspan əsilli atası Karlosun istəyi ilə Blankforda bir komandanı aşağı yaş qruplarında oynamağa başladı. 1988-ci ildə PSJ-nin bazası “Kamp des Loges”də bir tunirdə ən yaxşı oyunçu seçilincə diqqətləri üzərinə çəkdi. 2001-ci ildə “Bordo”ya transfer olunan Valbuena həmin vaxt 17 yaşında idi. Bordo təmsilçisinin U-18 komandasında çıxış edən yarımmüdafiəçi komandanın baş məşqçisi Jan-Luis Qarsiyanın etimadını heç cür qazana bilmir. Qarsiya Valbuenaya “səndən futbolçu olmaz” deyərək onu həvəskar liqada oynayan “Lanqon-Kaste” klubuna göndərir.
Həvəskar liqada oynamaqla yanaşı o, bir mağazada kargüzarlıqla da məşğul olur. “Lanqon Kaste”də inamlı çıxışı onun üçün yol açır. 2004-cü ildə “Liburn-Sen-Syeren” peşəkar klubuna transfer olunur. “Bordo”dakı baş məşqçisinin ona balaca boyunu irad tutmasına baxmayaraq Valbuena balaca boyunun həmişə onun üçün üstünlüklərdn biri olduğunu düşünüb.

İki dəfə “ölüb-dirilən” ulduz...

2006-cı ildə həyatının müqaviləsini imzalayır. “Marsel”lə bağladığı müqavilə onu 8 il bu klubda saxlayır. Daha sonra isə Moskva karyerası olur. “Fənərbaxça” ilə müqavilə imzalayana qədər ölkəsində çıxış edən Matyu milli komandasının da formasını geyinib. O, “xoruzlar”ın heyətində 52 dəfə meydana çıxmaq şansı qazanıb və 8 dəfə rəqiblərini məyus edib.

Karyerasında olduğu kimi Valbuena həyatda da çətinliklərlə üzləşib. 2010-cu ildə avtomobil qəzasına uğrayan futbolçu avtomobilinin ciddi xəsarət almasına baxmayaraq oradan sağ qurtula bilir. Bu onun ikinci ölümcül sınağı idi. 9 yaşında olarkən o, hovuzda boğula bilərmiş. Həmin vaxt ayağından da ciddi zədə alan fransız ata və anasının sayəsində həyatda qala bilir. Ayağına atılan 50 tikiş ona futbol oynamağa da ciddi problem yaratmışdı.

İki dəfə “ölüb-dirilən” ulduz...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler